Texniki ədəbiyyat tərcüməsi
burada ön plana tərcümə edilən mətnin predmetinin düzgün başa düşülməsi çıxır. Bununla belə, texnikanın istənilən sahəsinə aid olan və qəbul edilən Azərbaycan terminologiyasını yaxşı bilmək tələb olunur. Əsasən standart terminologiyadan istifadə etmək məsləhətdir. Təsviri tərcüməyə yalnız o zaman yol vermək olar ki, Azərbaycan dilində həmin termin mövcud deyildir. İşə başlamazdan əvvəl konkret ixtisas üzrə materialın başa düşülməsi üçün vacib olan əsas məqamlarla dərindən tanış olmaq lazımdır. Tərcümənin özünə verilən tələbə gəldikdə isə fikrin düzgün verilməsi ilə yanaşı, həm də qəbul olunmuş terminologiyadan müxtəsər formada istifadə etməyi bacarmaqdır. Maşınların, avadanlıqların, instrument və alətlərin, yaxud istehsal proseslərinin hamısı təsviri xarakter daşımalıdır. Bütün ingilisamerikan ölçülərinin metrik ekvivalentlərini düzgün hesablamaq lazımdır. Çertyojlarda imzalar tamamilə yenidən çəkilməlidir (sxematik şəkildə) və Azərbaycan dilində uyğunlaşdırılmalıdır.